Bakı. 25 iyul. REPORT.AZ/ Bu gün səhər İraqın paytaxtı Bağdadın şimal-şərqində partlayıcı qurğu yerləşdirilmiş avtomobilin partladılması nəticəsində azı 14 nəfər həlak olub, 30-dan çox insan yaralanıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, partlayış Bağdaddan 80 kilometr aralıda yerləşən Xalis şəhərinin yaxınlığında baş verib.
Partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb.
Yerli xəstəxanadan bildirilib ki, ölənlərin sayı arta bilər.