İraqda silsilə partlayışlar törədilib, ölənlər və yaralananlar var

Bakı. 5 noyabr. REPORT.AZ/ İraqın paytaxtı Bağdadda silsilə partlayışlar törədilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Al-Arabiya" telekanalı təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, partlayıcı qurğulardan biri Bağdadın şimalındakı Aden meydanında işə salınıb. Daha 3 partlayış isə şəhərin şərqində törədilib. Beşinci partlayış Bağdadın şimalında olub. Daha bir partlayıcı qurğu isə şəhərin cənubundakı mağazanın yanında işə salınıb.

Partlayışlar nəticəsində 8 nəfər həlak olub, daha 16 nəfər xəsarət alıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10