Bakı. 9 iyun. REPORT.AZ/ İraqda iki partlayış törədilib.
"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, hər iki hadisə Kərkükdə baş verib. Ayrı-ayrı kafelərdə baş verən bomba partlayışları nəticəsində 1 nəfər ölüb, daha 7 nəfər yaralanıb. Hadisənin hansı silahlı qruplaşmalar tərəfindən törədildiyi hələlik məlum deyil.
Partlayışların törədildiyi əraziyə giriş və çıxış bağlanıb. Təhlükəsizlik orqanları araşdırmalara başlayıblar.