Bakı. 12 yanvar. REPORT.AZ/ İraqın paytaxtı Bağdaddan 130 km aralı, Tikrit şəhəri yaxınlığında avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində 2 əsgər və 10 könüllü döyüşçü ölüb, 18 nəfər yaralanıb.
"Report" "Assosiated Press"ə istinadən xəbər verir ki, partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb. O, maşını əsgərlərin və könüllü döyüçü qrupununu üzərinə sürüb.