İraqda keçirilən əməliyyat zamanı 1 türk əsgəri ölüb, 4-ü yaralanıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ İraqın şimalında keçirilən hərbi əməliyyat zamanı 1 türk əsgəri ölüb, 4-ü yaralanıb.

Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, hadisə əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib. Hadisənin təfərrüatı açıqlanmır.  

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10