İraqda iki terror aktı nəticəsində 20 nəfər ölüb

Bakı. 12 noyabr. REPORT.AZ/ İraq hökumət ordusunun və kürd silahlılarının azı 20 əsgəri Əl-Fəllucədə törədilən iki terror aktının qurbanı olub.

"Report" TASS-a istinadən xəbər verir ki, əsgərlər sıralarında intiharçıların da olduğu terrorçuların koordinasiyalı hücumuna məruz qalıb.

Hələlik ölkədə mövcud olan heç bir ekstremist qrup bu hücum üçün məsuliyyəti boynuna götürməyib.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09