İraqda iki gəmi toqquşub, ölənlər var

Bakı. 20 avqust. REPORT.AZ/ İraqda iki gəmi toqquşub. 

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Xəbərdə bildirilir ki, hadisə şənbə günü, ölkənin ərazi sularında, Hor-Abdulla boğazında baş verib.

Dövlət limanına məxsus "Аl-Misbar" gəmisinin "Royal Arsenal" gəmisi ilə toqquşaraq batması nəticəsində bir neçə nəfər itkin düşüb.

Hadisə zamanı "Аl-Misbar" gəmisinin göyərtəsində 21 dənizçi olub. Onlardan 10-u xilas edilib, 4-ü ölüb, digərləri isə itkin düşmüş sayılır. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10