İraqda İŞİD-ə qarşı həlledici döyüşlər Suriya ilə sərhəddə olacaq

Bakı. 8 oktyabr. REPORT.AZ/ İraqda İŞİD terror qruplaşmasına qarşı həlledici döyüşlər Suriya ilə sərhəd yaxınlığında olacaq.

"Report" xəbər verir ki, bunu ABŞ-ın briqada generalı Robert Sofc deyib.

"İraqda İŞİD terrorçuları ilə həlledici döyüşlər Suriya ilə həmsərhəd bölgədə, Fərat çayının orta axınında olacaq", - deyə TASS İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiya komandanlığının nümayəndəsinin sözlərini sitat gətirib.

Sofc əlavə edib ki, həmin ərazidə 2 minə yaxın yaraqlı var. Onun sözlərinə görə, bunlar əvvəlki döyüşlər zamanı sağ qalıb əsir götürülməyənlərdirlər. İndi sağ qalan ekstremistlər yerli əhali arasında səpələnərək gizlənməyə çalışırlar.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12