İraqda ABŞ-a məxsus hərbi baza atəşə tutuldu, 2 hərbçi yaralandı

Bağdadın şimalında yerləşən və ABŞ, eləcə də başqa koalisiya üzvü olan ölkələrin hərbçilərinin yerləşdirildiyi Taci bazası yenidən raket atəşinə tutulub.

“Report” AP-yə istinadən xəbər verir ki, adının çəkilməsini istəməyən İraq rəsmilərinin dediyinə görə, onlarla raketin atıldığı bazada azı 2 iraqlı hərbçi yaralanıb.

Bu hücumun fərqli cəhəti kimi gündüz baş verməsi göstərilir, halbuki əvvəllər bu kimi hücumlar gecə vaxtı törədilib.

Xatırladaq ki, çərşənbə günü eyni ərazinin raket atəşinə tutulması nəticəsində 2 amerikalı və 1 britaniyalı hərbçi həlak olub. Dünən isə ABŞ hərbçiləri bu hücumun səbəbkarı kimi iranpərəst “Qeytəb Hizbullah” silahlı dəstəsinin mövqelərinə hava zərbəsi endiriblər.

Digər xəbərlər

Pakistanda 43 yaraqlı məhv edilib 13 noyabr, 2026 / 11:37