İraqda 3 günlük matəm elan olunub

İraqın baş naziri vəzifəsinin səlahiyyətlərini icra edən Adil Əbdül Mehdi ABŞ-ın hava zərbəsi nəticəsində iranlı general Qasım Süleymaninin həlak olması ilə əlaqədar ölkədə 3 günlük matəm elan edib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə İraq hökumətinin “Twitter”dəki səhifəsində bildirilir.

Qeyd edilir ki, matəm bu gün elan olunub. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10