İranla "altılıq" ölkələri arasındakı növbəti nüvə müzakirələrinin vaxtı açıqlanıb

Bakı. 20 aprel. REPORT.AZ/ Aprelin 22-23-də İranla "altılıq" ölkələri arasında texniki danışıqlar keçiriləcək. Siyasi müzakirələr isə aprelin 24-nə nəzərdə tutulub. "Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Avstriya Xarici İşlər Nazirliyinin sözçüsü Martin Vayss bildirib. 

Onun sözlərinə görə, siyasi direktorlar səviyyəsində görüş yalnız bir gün davam edəcək.

Digər xəbərlər