İran Suriyada daha iki hərbçisini itirib

Bakı. 9 yanvar. REPORT.AZ/ Suriyada gedən döyüşlərdə İran İnqilabı Keşikçiləri Korpusunun 2 hərbçisi həyatını itirib.

"Report" İRNA-ya istinadən xəbər verir ki, həlak olanlar əfqan əsilli hərbçilərdən təşkil olunmuş "Fatimiyyun" briqadasının hərbçiləri Sadiq Zamani və Nəim Qulamidir.

Son bir həftə ərzində Suriyadakı toqquşmalarda 10 İran hərbçisinin həlak olduğu bildirilir.

Digər xəbərlər