İran hərbçiləri ölkənin şimal-qərbində iki terrorçunu zərərsizləşdirib

Bakı. 6 avqust. REPORT.AZ/ İran hərbçiləri ölkənin şimal-qərbində iki terrorçunu zərərsizləşdirib.

"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunları komandanına istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, hərbçilər terror qruplaşmasının daha 4 üzvünü yaralayıblar. Toqquşma Qərbi Azərbaycan vilayətində, Türkiyə ilə İran sərhədində baş verib.

Briqada generalı Məhəmməd Pakpurun sözlərinə görə, silahlılardan hərbi sənədlər, sursat və texnika götürülüb. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10