Bakı. 21 oktyabr. REPORT.AZ/ İndoneziyanın Sulavesi adasındazəlzələ və sunami qurbanlarının sayı 2113 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə"Detik" portalı məlumat yayıb.
Ölkənin Təbii Fəlakətlərin Qarşısının Alınması Milli Ağentliyininrəsmi nümayəndəsi Sutopo Nunqroho bildirib ki, təbii hadisələr zamanı xəsarətalmış 4600 nəfərin vəziyyəti ağırdır. Məmur qeyd edib ki, zəlzələ və sunami nəticəsindəümumilikdə 10 mindən çox insan xəsarət alıb.
O, qeyd edib ki, ölənlərin əksəriyyəti Mərkəzi Sulavesinininzibati mərkəzi Palu şəhərindədir.
İndoneziyada 7,4 bal gücündə zəlzələ sentyabrın 28-də qeydə alınıb.