​İndoneziyada hərbi təyyarə yaşayış binasının üstünə düşüb

Bakı. 10 fevral. REPORT.AZ/ İndoneziya Hərbi Hava Qüvvələrinə məxsus "EMB-314 Super Tucano" təlim təyyarəsinin yaşayış binasının üstünə düşməsi nəticəsində 3 nəfər xəsarət alıb.

"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, xəsarət alanlardan ikisi ekipaj üzvü, bir isə həmin ərazidə dayanmış qadındır.

Xəbərdə bildirilib ki, təyyarənin qalıqları şəhərin hava limanına aparılıb. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10