​İndoneziyada bərə batıb, onlarla sərnişin boğulub

Bakı. 4 mart. REPORT.AZ/ İndoneziyanın Yava və Bali adaları arasındakı boğazda bərənin batması nəticəsində ekipaj üzvləri də daxil olmaqla, onlarla sərnişin boğularaq ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Yaponiyanın "The Kyodo" agentliyi məlumat yayıb.

Məlumata görə, bərədəki sərnişinlərin dəqiq sayı bilinmir. Gəmiçilik manifestinə əsasən, bərənin göyərtəsində 14-ü ekipaj üzvü olmaqla, 51 nəfər olub. Bununla belə, sərnişinlərin sayının çox olması da istisna edilmir. Çünki İndoneziyada adətən sərnişinlərin sayı qeydə alınmır.


Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10