İndoneziyada 6,8 bal gücündə zəlzələ olub

Bakı. 30 may. REPORT.AZ/ İndoneziyanın Sulavesi adasında 6,8 bal gücündə zəlzələ olub.

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın Geoloji Araşdırma Mərkəzindən bildiriblər.

Təbii fəlakət nəticəsində 3 nəfər yaralanıb, çoxlu sayda binaya ziyan dəyib. Zəlzələ 9,1 kilometr dərinlikdə qeydə alınıb. 

Məlumata görə, zəlzələnin ardınca bölgədə sunaminin baş verəcəyi gözlənilmir. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10