İndoneziyada 6,4 bal gücündə zəlzələ olub

Bakı. 13 avqust. REPORT.AZ/ İndoneziyada, Sumatda adası yaxınlığında 6,4 bal gücündə zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, zəlzələnin episentri 36 kilometr dərinlikdə, Benkulu vilayətindən 76 kilometr qərbdə yerləşib.

Sunami təhlükəsi elan olunmayıb. Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. 

Digər xəbərlər