​İndoneziyada 6,1 bal gücündə zəlzələ baş verib

Bakı. 21 noyabr. REPORT.AZ/ İndoneziya sahillərində, Tanimbar adalarında 6,1 bal gücündə zəlzələ baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Almaniyanın Yer Araşdırma Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların ocağı 10 km dərinlikdə olub. Xəsarət alanlar və dağıntılar haqda məlumat verilməyib.

Digər xəbərlər