Bazar günü İndoneziyanın Yava adası sahillərində 5,1 maqnituda gücündə zəlzələ baş verib.
“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.
Yeralı təkanların ocağı 40 km dərinlikdə olub.
Dağıntı və tələfat, sunami təhlükəsi barədə məlumat yoxdur.