İndoneziyada 36 məhbus qadın həbsxanadan qaçıb

İndoneziyanın Mərkəzi Sulavesi əyalətindəki həbsxanadan 36 məhbus qadın qaçıb.

“Report” yerli “Republika” qəzetinə istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da səhər saatlarında baş verib. 

Sulavesi əyalətinin Siqi rayonunun Maku kəndində 103 məhbus qadının saxlanıldığı həbsxanada baş verən yanğından sonra 36 məhkum qaçıb. Onların tutulması üçün axtarış-əməliyyat tədbirləri keçirilir.

Yanğının səbəbi hələlik məlum deyil.  

Digər xəbərlər