İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ baş verib

Bakı. 17 yanvar. REPORT.AZ/ Bu gün İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Namlea şəhərindən 68 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 46.4 km dərinlikdə qeydə alınıb.

Xəsarət alanlar və dağıntılar haqda məlumat verilməyib. Sunami xəbərdarlığı elan edilməyib.

Digər xəbərlər

Brüsseldə 21 etirazçı həbs edilib 09 oktyabr, 2026 / 18:45