İndoneziya sahillərində 5,3 maqnituda gücündə zəlzələ baş verib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Şənbə günü İndoneziya sahillərində 5,3 maqnituda gücündə zəlzələ baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri İndoneziyanın Tobelo şəhərindən 266 km. şimalda, ocağı isə yerin 60 km. dərinliyində qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Digər xəbərlər