İndoneziya sahillərində 5,0 bal gücündə zəlzələ baş verib

Bakı. 28 fevral. REPORT.AZ/ Bu gün İndoneziya sahillərində 5,0 bal gücündə zəlzələ baş verib.

"Report"-un "TASS" agentliyinə istinadən verdiyi xəbərə əsasən, bu haqda məlumatı ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi yayıb.

Yeraltı təkanların episentri Kefamenanu şəhərindən 63 km şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 99 km dərinlikdə qeydə alınıb.

Xəsarət alanlar və dağıntılar haqda məlumat verilməyib. Sunami xəbərdarlığı elan edilməyib.

Digər xəbərlər

Brüsseldə 21 etirazçı həbs edilib 09 oktyabr, 2026 / 18:45