İmran Xan Pakistanın yeni baş naziri kimi and içib

Bakı. 18 avqust. REPORT.AZ/ Mərkəzçi "Təhrik-ə-İnsaf" ("Ədalət uğrunda hərəkat") partiyasının lideri İmran Xan şənbə günü Pakistanın yeni, 22-ci baş naziri kimi and içib.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, mərasim İslamabadda Prezident İqamətgahında baş tutub.

Qeyd edək ki, 65 yaşli siyasətçinin namizədliyini 272 deputatdan 176-sı dəstəkləyib.

Digər xəbərlər