İlk dəfə açıq kosmosa çıxan kosmonavt vəfat edib

Kosmonavt Aleksey Leonov 86 yaşında Moskvada vəfat edib.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O, oktyabrın 15-də Mıtişidəki memorial qəbiristanlıqda dəfn olunacaq.

Sınaqçı-pilot, kosmonavt olan Aleksey Leonov açıq kosmosa çıxan ilk insan kimi tarixə düşüb. O, açıq kosmosda 12 dəqiqə 9 saniyə qalıb.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12