Bakı. 31 oktyabr. REPORT.AZ/ Böyük Britaniya kraliçası İkinci Elizabet taxt-tacı böyük oğlu Uels şahzadəsi Çarlza verməyi düşünür.
“Report” “Daily Mirror” qəzetinə istinadən xəbər verir ki, kraliça Elizabet taxt-tacdan üç ildən sonra, 95 yaşında getmək fikrindədir.
Qəzetin məlumatına görə, əlahəzrət kraliça oğlunu regent şahzadə statusu ilə taxt-taca gətirməyi düşünür. Yəni şahzadə Çarlz əslində, “bütün mənalarda” kral olsa da, rəsmi olaraq Elizabet ömrünün sonunədak “millətinin qulluğunda” duracaq.
Bundan əvvəl İngiltərədə yalnız kral Dördüncü Corc (1762-1830) atası Üçüncü Corc (1738-1820) ağır xəstəliyə tutulduğuna görə 1810-1820-ci illərdə regent qismində ölkəni idarə etmişdi.