İdlibdə türk əsgəri həlak oldu, yaralılar var

Suriyada daha bir türk əsgəri həlak olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə İdlib əyalətində baş verib. Suriyanın Bəşşar Əsədə məxsus hərbi qüvvələrinin artilleriya atəşi nəticəsində 1 türk əsgəri həlak olub, daha 2 hərbçi yaralanıb. 

Milli Müdafiə Nazirliyi qarşı tərəfin hərbi obyektlərinə cavab atəşlərinin davam etdiyini bildirib. 

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43