İcmalar Palatası "Brexit"in təxirə salınması barədə layihə qəbul edib

Böyük Britaniya Parlamentinin İcmalar Palatası, Avropa Birliyi (AB) ilə razılaşma əldə olunmayacağı təqdirdə, ölkənin AB-dən çıxmasını 2020-ci il dekabrın 31-dək üç ay müddətinə təxirə salmaq üçün qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

"Report” TASS-a istinadən xəbər verir ki, 327 parlamentari qanun layihəsinin lehinə, 299 deputat isə əleyhinə səs verib.

Qanun layihəsi Lordlar Palatası onu dəstəkləyəcəyi təqdirdə qüvvəyə minəcək.

Digər xəbərlər