İçində Ərdoğanın olduğu avtobus prezidentin mühafizəçisini vurub - VİDEO

Bakı. 18 fevral. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın içində olduğu avtobus Elazığ vilayətində bələdiyyədən ayrılan vaxt qəza meydana gəlib. 

"Report" "Milliyyet.com"a istinadən xəbər verir ki, mühafizəçilərdən biri avtobusun altında qalaraq xəsarət alıb.

Ərdoğan avtobusdan enərək vəziyyətə müdaxilə edib. Türkiyə prezidenti mühafizəçinin yanından uzun müddət ayrılmayıb. 

Yaralı xəstəxanaya aparılıb. Onun səhhəti haqqında məlumat verilmir.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12