Honkonqda küçə etirazlarında iştirak edən nümayişçilər hökumət binası kompleksinə "Molotov kokteyl"ləri atıblar.
"Report" xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları "Twitter"-də bildirib.
"Radikal etirazçılar ərazidəki polis əməkdaşları da daxil olmaqla, hamıya təhlükə yaradaraq, hökumət binası kompleksinə "Molotov kokteyl"ləri atıblar", - deyə açıqlamada bildirilir.
RTHK teleradio şirkəti isə qeyd edib ki, "çətirlərin inqilabı"na həsr edilmiş aksiyada 300 min insan iştirak edib.