Honkonq metrosunda iğtişaşlara görə 40 nəfər saxlanılıb

Honkonq polisi metrodakı iğtişaşların 40 iştirakçısını saxlayıb.

"Report"un məlumatına görə, bu barədə idarənin nümayəndəsinə istinadən RTHK bildirib.

Qeyd edilir ki, hüquq-mühafizə orqanlarının nümayəndələri aqressiv nümayişçilərə qarşı dəyənək və gözyaşardıcı qaz tətbiq ediblər.

"Polisin işinə mane olmaqda, qanunsuz yığıncaqlar və maddi zərər vurulmasında şübhəli bilinən 40 nəfər saxlanılıb. Hüquq-mühafizə orqanlarının bəzi nümayəndələri qarışıqlıqların iştirakçılarına qarşı dəyənək və gözyaşardıcı qaz tətbiq ediblər", - deyə xəbərdə bildirilir.

Dünən isə xəbər verilib ki, Honkonqun Sentral və Admiralti rayonlarında polislər su şırnaqları ilə etirazçıları dağıtmağa çalışır.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12