​Hondurasda yol qəzası nəticəsində 17 nəfər ölüb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Hondurasın Yoro departamentində avtobus ilə yanğınsöndürən maşının toqquşması nəticəsində 17 nəfər ölüb, daha 15 nəfər yaralanıb.

"Report" xəbər verir ki, yanğınsöndürən maşının avtobusa dəyməsi nəticəsində o aşıb.

Hadisə yerində 9 nəfər, eləcə də sürücü həlak olub. Ölənlər arasında uşaqlar da var.

Zərərçəkənlərin təxliyəsi üçün vertolyotlardan istifadə olunub.

Digər xəbərlər