Honduras hökuməti Venesuela səfirini ölkədən çıxarır

Bakı. 2 fevral. REPORT.AZ/ Honduras hökuməti Venesuela səfiri Filinto Duranadan ölkədən getməyi tələb edib.

“Report” xəbər verir ki, bu barədə "Heraldo" nəşri yazıb.

"Bildirirəm ki, ötən gün axşam məni Honduras XİN-ə çağıraraq, daha məni səfir kimi tanımadıqlarını bildirdilər və beş gün ərzində ailəmlə birgə ölkəni tərk etməli olduğum barədə xəbərdar etdilər", - deyə Durana bildirib.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09