Hollandiyada mikroavtobus festivala toplaşan kütləyə çırpılıb, bir nəfər ölüb

Bakı. 18 iyun. REPORT.AZ/ Hollandiyada mikroavtobus PinkPop festivalına toplaşan kütləyə çırpılıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, üç insan isə yaralanıb.

Polisin məlumatına görə, ağ rəngli avtomobilin sürücüsü hadisə yerindən qaçıb.

Digər xəbərlər