“Hizbullah” lideri Həsən Nəsrullahın dəfn mərasimi oktyabrın 4-də keçiriləcək

İsrailin hava hücumu nəticəsində ölən Livan “Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrullahın dəfn mərasimi oktyabrın 4-də keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə İsrailin “Kan” radiostansiyası məlumat yayıb.

Qeyd edək ki, Həsən Nəsrullah sentyabrın 27-də İsrail Hərbi Hava Qüvvələrinin Beyrutu bombalaması nəticəsində ölüb.

Digər xəbərlər