"Hizbullah"ın tərksilah edilməsi bir neçə ay çəkə bilər

Livan ordusu İsraillə sərhəd bölgələrində "Hizbullah" qruplaşmasını üç ay ərzində tamamilə tərksilah etməyi planlaşdırır.

"Report" Yaxın Şərq KİV-inə istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Yusif Raqqi bildirib.

"Üç ay çəkməsi gözlənilən birinci mərhələdə İsraillə sərhəddən təxminən 30 kilometr məsafədə yerləşən Litani çayının cənubunda silahların yığılması başa çatdırılacaq", - o bildirib.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12