"Hitrou" aeroportundakı insidentdə şübhəli bilinən iki nəfərə qarşı ittiham irəli sürülüb

Londonun "Hitrou" aeroportunun parkinqində gözyaşardıcı qazın tətbiqi nəticəsində 21 nəfərin xəsarət alması faktı ilə bağlı iki nəfərə qarşı ittiham irəli sürülüb.

"Report" xəbər verir ki, bu barədə "SkyNews" məlumat yayıb.

31 yaşlı Tayron Riçards və 24 yaşlı Anton Klark-Butçerə qarşı çamadanın oğurlanması və zərərli maddədən istifadə ilə bağlı iki ittiham irəli sürülüb.

Daha əvvəl verilən məlumata görə, insident bazar günü səhər saat 8 radələrində 3-cü terminalın parkinqində baş verib. Hadisəyə bir-birini tanıyan iki qrup insan arasında mübahisə səbəb olub. Maddənin tətbiq edilməsi nəticəsində 21 nəfər, o cümlədən bir azyaşlı uşaq zərər çəkib, beş nəfər xəstəxanaya yerləşdirilib.

Digər xəbərlər