Hindistanda yol qəzasında 9 nəfər ölüb, 22 nəfər yaralanıb

Hindistanın Çhattisqarh ştatında baş verən yol qəzası nəticəsində 9 nəfər ölüb, 22 nəfər yaralanıb.

“Report” “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumata görə, furqonlu avtomobilin yük maşını ilə toqquşması nəticəsində 3 uşaq və 6 qadın ölüb. Yeddi nəfərin vəziyyəti ağırdır.

Hadisə ilə bağlı araşdırma aparılır.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09