Hindistanda yaşayış binasında yanğın olub, 7 nəfər ölüb, 15 nəfər yaralanıb

Hindistanın Mumbay şəhərində yaşayış binasındakı yanğın nəticəsində azı 7 nəfər ölüb, 15 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Mumbayın meri Kişori Pednekar məlumat verib.

Bildirilib ki, hadisə Mumbayın Qovaliya-Tank rayonunda 20 mərtəbəli binanın 18-ci mərtəbəsində baş verib. Yanğın baş verən əraziyə xilasedicilər, 13 yanğınsöndürən maşın cəlb edilib.

Hadisənin səbəbi araşdırılır.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10