Hindistanda tikilməkdə olan tunel uçub, ölənlər var

Hindistanın Telanqana ştatında Narayanpet dairəsində tikilməkdə olan tunelin uçması nəticəsində 10 nəfər həlak olub, 1 nəfər xəsarət alıb.

“Report” bu ölkənin KİV-inə istinadən xəbər verir ki, tikintidə çalışan inşaatçıların meyiti uçqunun altından çıxarılaraq xəstəxanaya aparılıb. 

Hadisə yerinə cəlb olunan xilasedicilər dağıntılar altında başqa meyitlərin olması ehtimalı üzrə axtarışlarını davam etdirirlər.

Digər xəbərlər