Hindistanın Cammu və Kəşmir ştatında mərkəzi ehtiyat polis patrul qüvvələrinə yaraqlıların silahlı hücümu nəticəsində 5 qanun keşikçisi ölüb, daha 3-ü yaralanıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "India Today" nəşri yazıb.
Bildirilir ki, hadisə Anantnaq dairəsində baş verib. Terrorçular hücum zamanı avtomat silahlardan atəş açıblar və polislərə qumbara atıblar.
Nəticədə polis müfəttişi də yaralanıb. Yaraqlılardan birini zərərsizləşdirmək mümkün olub.