Hindistanda son sutkada 115 mindən çox insan COVID-19-a yoluxub

Hindistanda son sutkada 115 736 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bildirilib ki, bu, Hindistanda COVID-19-a yoluxma ilə bağlı rekord göstərici sayılır. Aprelin 5-də 103 558 nəfərə koronavirus diaqnozu qoyulmuşdu.

Ölkədə koronavirusa yoluxanların sayı 12 801 785 nəfərə çatıb.

Son sutkada virusdan 630 nəfər ölüb. Ümumilikdə 11 682 136 pasiyent COVID-19-dan sağalıb.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09