Hindistanda şiddətli yağışlar səbəbindən 80-dən çox insan ölüb - YENİLƏNİB

Hindistanın şimalında daşqınlara və genişmiqyaslı dağıntılara səbəb olan şiddətli musson yağışları nəticəsində ölənlərin sayı 81 nəfərə çatıb.

Bu barədə "Report" "Xinhua"ya istinadən xəbər verir.

Məlumata görə, 62 nəfər yaralanıb.

"Uttar-Pradeş ştatında fasiləsiz yağan musson yağışları nəticəsində ölənlərin sayı üç gün ərzində 81 nəfərə çatıb. Sentyabrın 25-i və 26-da 56 nəfərin həlak olmasından sonra sentyabrın 27-də daha 25 ölüm halı qeydə alınıb", - Uttar-Pradeş ştatının yardım göstərilməsi üzrə komissarı bildirib.

Hindistanın şimal hissəsində bir neçə gün davam edən şiddətli yağışlar nəticəsində 60-dan çox insan ölüb, onlarla insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Hindistan mediası yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Bildirilib ki, 1 000-dən çox bina dağılıb.

Məlumata görə, şiddətli yağışlar artıq üç gündən çoxdur, davam edir və bir neçə rayonu su basıb.

Hindistanın şərqindəki Odişa ştatında da daşqın baş verib, 75 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.

Digər xəbərlər