Hindistanda sərnişin qatarı relsdən çıxıb, 10 nəfər yaralanıb

Bakı. 15 aprel. REPORT.AZ/ Hindistanın Uttar-Pradeş ştatında sərnişin qatarının 8 vaqonu relsdən çıxaraq aşıb.

"Report" ANI-ya istinadən xəbər verir ki, nəticədə azı 10 nəfər xəsarət alıb.

İnsident şənbə günü Rampur dairəsində qeydə alınıb.

Qatar Meratx - Lakxnau daxili regional marşrut üzrə hərəkətdə olub.

Digər xəbərlər