Hindistanda qayığın batması nəticəsində 9 turist ölüb

Bakı. 26 fevral. REPORT.AZ/ Hindistanın Tamilnad ştatı sahillərində göyərtəsində 20 turistin olduğu qayığın batması nəticəsində 9 nəfər ölüb.

"Report" ANİ agentliyinə istinadən xəbər verir ki, insident Manapad kəndi yaxınlığında baş verib.

Hazırda xilasetmə işləri aparılır. İnsidentin digər təfərrüatları barədə məlumat yoxdur.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12