Hindistanda qayığın aşması nəticəsində 8 nəfər ölüb

Bakı. 29 aprel. REPORT.AZ/ Hindistanda qayıq çayda aşıb.

"Report" xəbər verir ki, bu barədə "NDTV" polisə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Bihar ştatında, Kosi çayında baş verib. Hadisə zamanı 8 nəfər ölüb.

Qayıqdakı daha 7 nəfər xilas edilib. Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Digər xəbərlər

FIFA: UEFA İnfantinonu təqib edir 29 sentyabr, 2026 / 11:25