Hindistanda qatar relsdən çıxıb, ölən və xəsarət alanlar var

Hindistanın Bihar ştatında qatarın relsdən çıxması nəticəsində azı 4 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə “The Indian Express” qəzeti məlumat yayıb.

Qəza zamanı daha 60 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerində xilasetmə əməliyyatları davam edir.

Qəzanın başvermə səbəbi açıqlanmır.

Digər xəbərlər

Rəfah keçid məntəqəsi açılıb 01 fevral, 2026 / 12:20