Hindistanda partlayış nəticəsində onlarla insan xəsarət alıb

Hindistanın qərbindəki Mumbay şəhərində qaz balonunun partlaması nəticəsində azı 20 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə ANİ agentliyi məlumat yayıb.

Bütün yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti açıqlanmır.

Hadisə yerində yanğınsöndürmə xidməti işləyir.

Digər xəbərlər

Brüsseldə 21 etirazçı həbs edilib 09 oktyabr, 2026 / 18:45