Hindistanda 900 milyona yaxın insan parlament seçkilərinə qatılacaq.
"Report" TASS-a istinadən xəbər verir ki, səsvermə 29 ştatda və 7 ittifaq ərazisində baş tutacaq.
Bildirilib ki, səslərin sayılması isə may ayının 23-dək yekunlaşacaq. Hindistan əhalisinin təxminən 65%-i 35 yaşdan kiçik olduğundan, seçicilərin tərkibi tarixin ən gənc seçicisi hesab edilə bilər.
Səsvermə yerli vaxtla saat 07:00-dan 18:00-dək baş tutacaq.